Tanınmış azərbaycanlı aktrisa vəfat etdi


Rusiyada yaşayan tanınmış azərbaycanlı aktrisa Tamilla Ağamirova 94 yaşında dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 
Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbini bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top