Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın tezliklə ölkəsinə onlarla təyyarə, helikopter, hava hücumundan müdafiə sistemi və S-400 zenit-raket kompleksi verəcək.
Yeniavaz.com “BelTA” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bir neçə gün əvvəl əmr imzaladım. Rusiya Federasiyası bizə silah tədarük edəcək. Onlarla təyyarə, onlarla helikopter və böyük ehtimalla S-400 hava hücumundan müdafiə sistemləri veriləcək. Onlara həqiqətən ehtiyacımız var, mən bu barədə artıq danışmışam”, - Lukaşenko qeyd edib.
Lukaşenko çıxışı zamanı həmçinin bildirib ki, Belarus ordusu yeni silah-sursatlarla təchiz ediləcək.