"Taliban"la Əfqanıstanın şimalındakı Pəncşir əyalətindəki müqavimət qüvvələri arasındakı danışıqlar uğursuz olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb. Əhməd Məsudun başçılığı altındakı müqavimət qüvvələri isə hələlik bu barədə açıqlama verməyib.
Xatırladaq ki, avqustun 30-da müqavimət qüvvələrinin Pəncşirin qərb hissəsindəki dayaqlardan birinə “Taliban” hücumunu dəf etdiklərini açıqlamışdı. Bu gün yayılan məlumatlarda isə tərəflər arasında qarşıdurmanın davam etdiyi bildirilib.