
“1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır”.
Yeniavaz.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov dünən axşam saatlarında poliklinikaların birinin şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı açıqlama verərəkən deyib. O bildirib ki, həmin şəxs haqqında araşdırma başlanıb: "Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun törətdiyi əməllə bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, yayılan görüntülərdə poliklinikada şüşə qapısını sındıran şəxs Qarabağda döyüşdüyünü iddia etmişdi: "Qarabağda canımı qouymuşam, indi budur mənə edilən hörmət?!"