Havada toz dumanı müşahidə olunur


Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumatına görə, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada  tozun miqdarı normadan 2 dəfə çoxdur. 
Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top