Dünyada 35 milyon insan aclıq təhlükəsilə üz-üzə qalıb


BMT-nin Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi dünyada 35 milyon insanın aclıqdan ölə biləcəyi barədə məlumat yayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki,  BMT-nin Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi Prof. Dr. Hilal Elver, qlobal iqlim dəyişikliyinin, iqtisadi tənəzzüllərin, siyasi qeyri-sabitliyin, epidemiyaların və qarşıdurmaların dünya ərzaq böhranına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, 821 milyon insanın qida əldə etməkdə çətinlik çəkir, 35 milyon insanın isə ac qaldığını söyləyib. Ərzaq böhranının yaşandığı 55 ölkə və bölgədə 5 yaşına çatmayan 16 milyon uşağın vəziyyətinin çox ağır olduğunu vurğulanıb.
Elver, Əfqanıstanın qarşıdakı illərdə qida problemlərinin və aclığın ən çox yaşanacağı ölkələrdən biri olacağını və kəskin qida çatışmazlığından təxminən 1 milyon əfqan uşağın ölə biləcəyi barədə xəbərdarlıq etdi.

DİGƏR XƏBƏRLƏR

Top