ABŞ Ukraynaya 3 milyard dollar yardım ayıracaq


ABŞ memorandum imzaladıqdan sonra Ukraynaya 3 milyard dollarlıq yardım göstərəcək.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəsmi nümayəndəsi, keçirdiyi xüsusi brifinqdə deyib. Məlumata görə, yardımın 60 milyon dolları hərbi yardım üçün ayrılacaq: “Bayden-Zelenski görüşündə iqtisadi tərəfdaşlığımızı dərinləşdirmək üçün müzakirələr aparacağıq. Ölkələrimiz ticarət sahəsində əməkdaşlıq haqqında memorandum üzərində işlərini tamamlayacaq. Daha sonra ixrac-idxal bankı “Eximbank”-dan 3 milyard dollar məbləğində ilkin dəstək ayrılacaq”.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatların aid “Eximbank”  milli biznesin xarici bazarlara çıxmasını dəstəkləmək üçün ABŞ hökumətinin ixtisaslaşmış bir qurumudur.

DİGƏR XƏBƏRLƏR

Top