Zelenski 277 milyard dollarlıq planı ABŞ-a təqdim etdi


Ukrayna prezidenti Vladimir Zelenski prezident Co Baydenlə görüşmək üçün ABŞ-da səfərdədir.
Yeniavaz.com
“TASS”a isitnadla xəbər verir ki, Zelenski Vaşinqtonda keçirdiyi görüşlər zamanı 277 milyard dollar dəyərində 80-dən çox layihəni əhatə edən "Ukraynanın çevrilməsi planını" təqdim edib. Zelenski Ukraynanın 5-10 il ərzində yüksək sürətlə inkişaf edəcəyini bildirib: "Bu, dövlətimizin transformasiyası üçün iddialı bir plandır. Daha çox ədalət və daha çox imkanların olduğu uğurlu və sabit bir Ukrayna qururuq. Plana salınan 80-dən çox layihə 277 milyard dollarlıq iddialı layihələrdir. Ukraynanın maliyyələşməsinin, beynəlxalq yardım proqramlarının, kreditlərin, investisiyaların cəlb edilməsini nəzərdə tutur".

DİGƏR XƏBƏRLƏR

Top