Maska taxmayan poliklinika işçisi vəzifəsindən azad olundu - VİDEO + YENİLƏNİB

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Videomaterialda qeyd olunan məsələ tərəfimizdən araşdırılıb. Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək, işdən azad edilib. Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada vətəndaşlardan maska taxmağı tələb edən qeydiyyatçıların özlərinin maska taxmadıqları ilə bağlı video yayılmışdı.


***12:05
Sumqayıtda poliklinikalardan birində gərgin anlar yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, poliklinikada növbədə dayanan şəxslər işçinin maska taxmamasına irad bildirib və tibb ocağının əməkdaşı ilə aralarında gərgin anlar yaşanıb.
Həmin görüntüləri təqdim edirik:


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-a məsələ ilə bağlı bildirilib ki, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar. Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib.

DİGƏR XƏBƏRLƏR

Top