
“Taliban” Əfqanıstanda yeni nazirlər təyin edib.
Yeniavaz.com “Khaama Press”ə istinadla xəbər verir ki, “Taliban”ın siyasi qanadının rəhbəri Molla Əbdül Qani Baradar Əfqanıstanın xarici işlər naziri, hərəkatın ilk lideri Molla Ömərin oğlu Molla Yaqub isə müdafiə naziri təyin edilib. Xəlifə Haqqani adlı şəxsin isə daxili işlər naziri olacağı gözlənilir.