İngiltərə xarici kəşfiyyatı "Taliban"la gizli danışıqlar aparıb - "Daily Telegraph"


İngiltərənin xarici kəşfiyyat xidməti olan Mİ-6 nümayəndələri terror hücumları barədə zəmanət almaq üçün “Taliban”la gizli danışıqlar aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. Bildirilib ki, danışıqlara səbəb Əfqanıstandan Qərb ölkələrinə qarşı terror hücumları üçün istifadə edilməyəcəyinə dair zəmanət almaqdır. Qəzetin yazdığına görə, “Taliban”la iki həftə davam edən danışıqlar İngiltərənin Kabildəki səfirliyində yerləşən ingilis kəşfiyyatının işçiləri tərəfindən aparılıb. Bundan əlavə, Qətərin paytaxtı Dohada da ikitərəfli təmaslar həyata keçirilib.
Mİ-6 isə bu mövzuda şərh verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top