Ağdərədə tutulan hərbçimizlə bağlı YENİ XƏBƏR


"Biz Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) olaraq əlaqədar qurumlarla həmin şəxsə baş çəkmək üçün danışıqlar aparırıq".

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülən Azərbaycan hərbçisi Cəmil Babayev barədə sualı cavablandırarkən deyib.

İ.Hüseynova qeyd edib ki, BQXK bu məsələ ilə bağlı əlaqədədir.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.

Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top