Əfqanıstanın 3 əyalətində "Taliban"la Əhməd Məsudun dəstəsi arasında döyüşlər gedir


Pəncşir, Pərvan və Bağlan əyalətlərinin müxtəlif bölgələrində Əfqanıstan müqavimət qüvvələri ilə “Taliban” silahlıları arasında toqquşmalar davam edir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Asvaka” agentliyi məlumat yayıb. Bildirilib ki, döyüşlər gecə saatlarında “Taliban”ın hücumundan sonra başlayıb və hələ də davam edir. Ölən və yaralananların sayı hazırda məlum deyil.
Xatırladaq ki, gecə saatlarında “Taliban” sözçüsü Pəncşir vilayətinin üç vacib rayonunu ələ keçirdiklərini açıqlamışdı. Daha sonra müqavimət qüvvələri bu məlumatı təkzib etdilər.
 

DİGƏR XƏBƏRLƏR

Top