
Koronavirusu yalan, xülya adlandıran CIA-in (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş zabiti Robert Devid Stil COVID-19 səbəbilə dünyasını dəyişib.
Yeniavaz.com “The İndependent”ə istinadla xəbər verir ki, bu ayın əvvəlində Stil ağır zədələnmiş ağciyər sindromu da daxil olmaqla koronavirus simptomları ilə xəstəxanaya yerləşdirildi. Ancaq keçmiş zabit infeksiyanı yalan adlandırmağa davam etdi və peyvənd vurdurmadı. Səhhəti pisləşdikdən sonra danışan Robert Devid Stil ağ ciyərlərinin işləmədiyini, süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi:
“Yaxın günlərdə sağalıb işləməliyəm. Ölümə yaxınlaşdıran bir təcrübədir. Bu, hazırda ölkədə yaşanan ölüm hallarına çox oxşayır”.
Qeyd edək ki, sabiq CIA zabiti xəstələnməzdən əvvəlki çıxışlarında koronavirusun valığına inanmadığını, onu yalan, saxta bir proses olduğunu söyləmişdi.