“Taliban” Pəncşirin üç əsas rayonunu ələ keçirdiyini elan etdi


"Taliban" silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Talib Times" tviter hesabında məlumat verilib.

Məlumatda deyilir: "Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik".

Bundan əvvəl CNN telekanalı Pəncşirdə "Taliban" və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə "talib"in yaralandığını və öldürüldüyünü bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top