Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlandı


"Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər isə həyatını itirib". 

Yeniavaz.com xəbər verir ki, bu barədə İttifaqın sədri Müşfiq Ələsgərli bildirib. O qeyd edib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir. Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər.  

O qeyd edib ki, KİV işçilərinin yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların  növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciət əsasında əldə olunan razılığa əsasən, 2021-ci ilin aprel ayından etibarən təqribən 70 redaksiyadan 1100 nəfərədək  KİV işçisi vaksinasiya olunub.

“İndiyədək  1-ci doza  vaksin almış və sonradan  yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top