İlham Əliyev general-leytenant Etibar Mirzəyevi medalla təltif etdi


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Yeniavaz.com-un məlumatına görə, mükafata layiq görülənlər arasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var. E. Mirzəyev “İgidliyə görə” medalı ilə təltif olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşları təltif ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top