ABŞ hücumu nəticəsində Kabildə ölənlərdən biri Pentaqonun xüsusi təyinatlıları ilə çalışıb - TƏFƏRRÜAT


ABŞ-ın Kabilə endirdiyi hava zərbəsi nəticəsində ölən Əfqanıstan əsgəri Nasir Nejrabi Pentaqonla əməkdaşlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nasir Nejrabinin qardaşı “Ria Novosti”yə açıqlamasında deyib. Onun sözlərinə görə, 29 yaşlı Nejrabi təxminən 10 il orduda xidmət edib:
""Taliban" ölkəni ələ keçirmək üçün hərəkətə keçəndə o, Qəndəhar əyalətində xidmət edirdi. Silahlıların şəhərə girməsindən üç gün əvvəl Kabilə köçdü. 10 il orduda xidmət edib, ABŞ-la əməkdaşlıq edib, Pentaqonun xüsusi təyinatlı qüvvələri ilə birgə fəaliyyə göstərib. “Taliban”ın hakimiyyəti ələ almasından sonra ABŞ-a getməyə hazırlaşırdı. Hücum zamanı Nejrabi dayısının evinin həyətində idi. Küçədə dayısının 2 yaşdan 18 yaşa qədər 8 uşağı vardı. Hamısı öldü”. 
Xatırladaq ki, ABŞ ordusu 29 avqustda Kabildə partlayıcı maddə daşıyan avtomobili vurduqlarını açıqlamışdı. Hadisə nəticəsində 12 mülki Əfqanıstan vətəndaşı dünyasını dəyişmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top