Azərbaycan xarici ölkələrə ən çox hansı məhsulları satır?


2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ümumi ixracı 11,4 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə 1,4 mlrd. dollar təşkil edib.
Yeniavaz.com
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. dollar və ya 30,5% artıb.
2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon dollar) ikinci, qızıl (116,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

DİGƏR XƏBƏRLƏR

Top