Əfqan qadınlar bu şərtlər çərçivəsində təhsil ala biləcək


"Taliban"ın ali təhsil naziri Əbdül Baqi Haqqani ölkədə qadınların universitetə ​​gedə biləcəyini açıqlayıb.
Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, ancaq universitetə gedən qadınlar kişilərlə eyni sinifdə olmayacaqlar, kişi müəllimlərdən dərs almayacaqlar. Bundan əlavə, rəhbərlik digər ölkələrlə rəqabət aparmaq üçün tədris proqramında müxtəlif dəyişikliklər edəcəklərini açıqlayıb.
Qeyd edək ki, avqustun 15-da “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirmişdi. Hərəkat rəhbərliyi dini çərçivədə insanların təhsil ala, işləyə və müxtəlif fəaliyyətlərlə məşğul ola biləcəklərini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top