Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən 528 milyon 258 min manat məbləğində sığorta haqqı yığılıb.
Yığılan sığorta haqqının yarıdan çoxunu - 58,8%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb.
Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 310 milyon 902 milyon manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 4-lüyünü 47,15 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 28,3 milyon manatlıq yığımla "Atəşgah Həyat” və 25,7 milyon manatlıq yığımla "Qala Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 78%-i adları qeyd olunan 4 şirkətin əlində cəmlənib.
Bu ilin ilk 4 ayında 4 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 410 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 266 min manatlıq yığımla "Meqa Həyat Sığorta” şirkəti olub.