Putin növbəti dəfə Paşinyanı məyus etdi


"Avqustun 25-də, Gorus-Qafan yolunun iki tərəfdən bağlandığı gün Paşinyan Putinə dəfələrlə zəng edib ancaq, Rusiya prezidenti cavab verməyib".
Yeniavaz.com xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Belə ki, yolun bağlı qaldığı 2 gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışsa da ona cavab verən olmayıb. Nəşrin yazdığına görə, bu hadisə Rusiya siyasi dairələrində “Paşinyana dərs” kimi şərh edilib:
“Bu yolla Rusiya prezidenti heç bir sərhəd məsələsinin onun vasitəçiliyi olmadan həll edilə bilməyəcəyini və Rusiyanı hər hansı bir şəkildə kənara qoymağın ağılsız bir hərəkət Paşinyana başa salıb”.
Xatırladaq ki, 25-27 avqust tarixlərində Ermənistanla İranı birləşdirən Gorus-Qafan yolu bağlanmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top