Səudiyyə Ərəbistanında hava limanına PUA hücumu olub – 8 nəfər yaralandı


Səudiyyə Ərəbistanının Abha şəhərindəki hava limanına pilotsuz təyyarə ilə hücum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Bildirilib ki, Husilər Yəmən ərazisindən partlayıcılarla dolu bir PUA vasitəsilə təyyarələrin olduğu hava limanına hücum edib. Nəticədə 8 nəfər yaralanıb, bir mülki təyyarəyə isə zərər dəyib. PUA hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top