“Hell” soyuducusunda saxlanılan vaksinlərlə bağlı AÇIQLAMA + FOTO


Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 16 saylı Şəhər Poliklinikasında koronavirusa qarşı peyvəndlərin “Hell” brendinə məxsus soyuducuda saxlanılmasını əks etdirən fotolar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, fotolar səhiyyə ocağının təminatı ilə bağlı geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı TƏBİB-dən Yeniavaz.com-un sorğusuna cavab verilib və 16 saylı Şəhər Poliklinikasının bu barədə açıqlama verdiyi qeyd olunub:
“Vaksin məntəqələrinin və müraciət edənlərin sayı artdıqca peyvəndlərin saxlanılması üçün soyuduculara da ehtiyac yaranır. Özəl şirkətlər tərəfindən peyvəndlərin saxlanılmasına dəstək olunması məqsədilə xəstəxanalara soyuducular ianə olaraq verilib və vaksinasiya bitdikdən sonra şirkətə qaytarılacaq.
Məlumat üçün bildirək ki, soyuducu vaksinin saxlanılması üçün lazım olan 2-8 dərəcə temperaturu təmin edir və vaksinlər təhlükəsiz şəkildə saxlanılır”.

DİGƏR XƏBƏRLƏR

Top