Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlərə başlayır


Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə dənizində hərbi təlim keçəcək.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Xəzər Donanması komandirinin müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn gəmilərin Dəniz Kuboku yarışının bitməsindən sonra sentyabr ayının əvvəlində Xəzər dənizində birgə dəniz təlimləri keçiriləcək: "Dəniz Kuboku başa çatdıqdan dərhal sonra Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri, Qazaxıstan və Azərbaycanın döyüş gəmilərinin iştirak edəcəyi birgə təlimlər keçirəcəyik. Bir neçə gün ərzində Xəzər dənizində birgə əməliyyatlar hazırlayacağıq".

DİGƏR XƏBƏRLƏR

Top