Putin 5 generalı vəzifəsindən azad etdi


Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli məmurunu vəzifələrindən azad edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, 5 general bir anda vəzifələrindən uzaqlaşdırılıb. Onlar içərisində Moskva polisinin rəis müavinləri, həmçinin, Daxili İşlər Nazirliyinin mərkəzi aparatında yüksək vəzifələr tutan 2 general var.
Məlumata görə, onlardan bəziləri bir neçə il əvvəl cinayət təqibinə məruz qalan Kamçatka polis rəisinə “kupça” verdikləri üçün vəzifələrini itiriblər.

DİGƏR XƏBƏRLƏR

Top