Qazaxıstan prezidenti müdafiə nazirinin istefasını qəbul etdi


Qazaxıstan prezidenti Kasım Jomart Tokayev müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Nurlan Yermekbayev Qazaxıstandakı partlayış səbəbilə istefa verəcəyini bildirmişdi.
Məlumat üçün deyək ki, Qazaxıstanın cənubunda hərbi hissənin anbarında baş verən yanğın güclü partlayışa səbəb olub. Hadisə nəticəsində 15 nəfər ölüb, çox sayda yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top