“Pfizer” peyvəndində yad maddələr tapıldı


Yaponiyanın Okinava əyalətində “Pfizer” peyvəndinin tərkibində yad maddələr tapılıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı ampulanın içərisindəki yad maddələrin kauçuk qırıntılar olduğu məlum olub. Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato oxşar halın “Moderna” peyvəndində də qeyd edildiyini deyib:
“Hər iki vaksinin təhlükəsizliyə heç bir təsiri yoxdur. Rezin qırıntılar çox güman ki, tibb işçilərinin səhvləri nəticəsində ampulanın içərisinə düşüb. Buna görə, qapaqları şprislə düzgün bir şəkildə deşmək lazımdır”.
 

DİGƏR XƏBƏRLƏR

Top