Artan mutasiya dərəcəsinə sahib yeni ştamm daha bir ölkədə aşkarlanıb


Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gələn bir insanda mutasiya dərəcəsi artan C. 1.2 ştammının aşkarlandığını təsdiqləyib. 
Yeniavaz.com
xəbər verir ki, bu  barədə  “The New Zealand Herald” qəzeti məlumat yayıb. Bildirilib ki, təhlükəli mutasiya aşkar edilən həmin şəxs təcili təcridxanaya yerləşdirilib. Nazirlik  bütün narahatlıq doğuran koronavirus növlərini yaxından izlədiklərini vurğulayıb.
Qeyd edək ki, dünən Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri tərəfindən C. 1.2 adlandırılan yeni bir koronavirus növünün aşkarlandığı bildirilmişdi. Mütəxəssislər bu koronavirus növünün peyvəndlərə qarşı müqavimətli ola biləcəyini təxmin edirlər.

DİGƏR XƏBƏRLƏR

Top