Kaliforniyanın El Dorado əyalətində baş verən meşə yanğınları, təxminən 30 min insanın təxliyə edilməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki bu barədə əyalət qubernatorluğunun yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Kaliforniyanın şərqindəki Sierra Nevada dağlıq bölgələrində avqustun ortalarında başlayan yanğın, 700 kvadrat kilometrdən çox ərazini əhatə edir. Yanğın yaşayış məntəqələrinə yaxınlaşmağa başlayıb. Təcili yardım xidmətləri, yanğının 20 minə qədər yaşayış məntəqəsini məhv edə biləcəyini təxmin edir.