Oğurladığı pullarla “TikTok” videoları çəkən şəxslər saxlanıldı - FOTOLAR


Cəlilabad rayonunda oğurladığı pullarla “TikTok” videoları çəkən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, rayonun Qarazəncir kəndində evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıb.
Onlar ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurlayıblar.
Həmin pullarla və kirayə götürdükləri bahalı avtomobillə "TikTok"da  videogörüntülər paylaşıblar. Araşdırma zamanı, M.Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top