
ABŞ Silahlı Qüvvələrinin son nümayəndəsi 31 avqust gecəsi Əfqanıstan ərazisini tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Taliban”ın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Süheyl Şahin “twitter”də yazıb.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi Əfqanıstandan qoşunlarını çıxardıqlarını bildirmişdi.
Xatırladaq ki, ABŞ Əfqanıstana 20 il əvvəl, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra girmişdi.