Qazaxıstandakı partlayışda ölənlərin sayı artdı


Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissədə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissədəki silah -sursat partlayışlarında ölənlərin sayı 15 -ə çatıb.
Qeyd edək ki, həmin partlayışda 98 nəfər yaralanıb. Hadisənin baş verdiyi 29 avqust ölkədə milli matəm günü elan edilib.


 

DİGƏR XƏBƏRLƏR

Top