Qəbələdəki yanğınlarla bağlı FHN-dən AÇIQLAMA - VİDEO


Fövqəladə Hallar Nazirliyinin qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yeniavaz.com-a verdiyi xəbərə görə, yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və beş texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və üç texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və beş texnikası, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 yerli sakin iştirak edir.

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top