Olimpiya çempionu olan bacılar ADPU-nun dosentinin övladlarıdır - FOTO


"Tokio 2020 XVI Yay Paralimpiya Oyunları"nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olan para-cüdoçularımız Dürsədəf Kərimova və Xanım Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın övladlarıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb:
“Bu münasibətlə zəhmətkeş müəllim və valideyn olan dosent  Z. Kərimovanı təbrik edir, ölkəmizin adını beynəlxalq arenada ucaldan layiqli övladlar tərbiyə etdiyinə görə təşəkkür edirik.
Ona elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq”.

DİGƏR XƏBƏRLƏR

Top