Hakim koronavirusa yoluxdu, Vüqar Səfərli və Vilyam Hacıyevin məhkəməsi təxirə düşdü


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni tərkibdə olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri üzrə proseslər də təxirə düşüb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top