Burun spreyi formasında olan COVID-19 peyvəndi 2022-ci ilin payızında əldə olunacaq.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, “Vektor” mərkəzinin baş direktoru Rinat Maksutov, koronavirusa qarşı burun spreyi formasında hazırlanan peyvəndin klinik sınaqlardan keçməsi səbəbi ilə 2022 -ci ilin payızında əldə olunacağını söyləyib. O, bildirib ki, bu gün dünyanın bir çox laboratoriyasında bu peyənd forması araşdırılır. “Lakin klinik araşdırmalara ehtiyac olduğunu nəzərə alaraq, bunun gələn payız üçün daha əlverişli olduğunu düşünürəm” deyə həkim qeyd edib.