ABŞ hərbçiləri hava limanında əfqanlara atəş açdı


ABŞ hərbçiləri Kabil hava limanında qarışıqlığa səbəb olan əfqanlara atəş açıb.
Yeniavaz.com
"Lenta.ru"ya istinadla xəbər verir ki, buna səbəb ABŞ hərbçilərinin həmin əfqanları kamikadze terrorçu zənn etmələri olub. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə ətraflı məlumat yoxdur.
Xatırladaq ki, bir gün əvvəl də Kabil hava limanının yaxınlığındakı yaşayış massivinə raket atılmışdı. Partlayışda uşaqlar da daxil olmaqla bir ailədən 9 nəfər həyatını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top