Koronavirusun daha bir təhlükəli ştammı aşkarlandı


Koronavirusun yeni variantı, C.1.2 adı verilən ştamm Cənubi Afrikadan başlayaraq yayılmaqda davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu C.1.2 adlı mutasiya aşkarladıqlarını bildiriblər. Araşdırmada, C.1.2 adlı ştammın digər variantlardan daha çox sürətli yayıldığı vurğulanıb. Elm adamları bu sürətli mutasiyanın “Alfa”, “ Betta” və “Qamma” variantlarında da müşahidə edildiyini qeyd ediblər. Aşkar edilən C.1.2 variantında 14 mutasiyanın olduğunu qeyd edən mütəxəssislər, bu virusun təsirini görmək üçün daha çox işləmək  və araşdırma aparmaq lazım olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top