Rusiya “Taliban”la əlaqə qurmağa başladı


“Rusiya “Taliban” hərəkatı ilə əlaqələr qurmağa başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov "Rusiya-24” telekanalının efirində müvafiq sualı cavablandırarkən deyib:
 "Əvvəlcə qeyd edim ki, artıq yeni hökumətin nümayəndələri ilə əlaqələr qururuq, səfirliyimiz Kabildə işləyir və olduqca fəaldır. Aydındır ki, bir çoxları kimi, ölkədəki gələcək hərbi-siyasi vəziyyət, insan hüquqlarına riayət və sairlə bağlı müəyyən narahatlıqlarımız var. Lakin bütün bunlarla birlikdə biz özünəməxsus xüsusiyyətlərini, mədəni və dini xüsusiyyətlərini nəzərə almalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top