"Qarabağ qazisi kasıblıqdan intihar etdi" - Rey Kərimoğlu


Əslən Cəbrayıl rayonundan olan Qarabağ qazisi Məmmədov Rövşən intihar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu yayıb. O bildirib ki, qazinin intiharına səbəb maddi çətinliklər olub:
"Əslən Cəbrayıl rayonundan olan Məmmədov Rövşən sonuncu dəfə 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün "Azərsığorta"ya gedib, verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb! Bu insan konkret olaraq kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib! Qazilər arsında "köhnə", "təzə qazi", 1-ci, 2-ci müharibə ayrı-seçkiliyini dərhal dayandırmaq lazımdır!"

DİGƏR XƏBƏRLƏR

Top