Kabildə hava limanı raket atəşinə tutuldu


Həmid Kərzai Beynəlxalq Hava Limanın yaxınlığına 5 raket atıldığı açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən bildirir ki, Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanı yaxınlığındakı əraziyə 5 raket düşdüyü bildirilib. Şahidlərin sözlərinə görə, raketlər paytaxtın Səlim Karvan rayonuna düşüb. Hücumun kim tərəfindən edildiyi, yaralıların və ölənlərin sayı ilə bağlı isə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Kabil hava limanının yaxınlığındakı yaşayış massivinə raket atılmışdı. BBC -nin məlumatına görə, partlayışda uşaqlar da daxil olmaqla bir ailədən 9 nəfər həyatını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top