Azərbaycanın və Rusiyanın əməkdar artisti koronavirusdan vəfat etdi - FOTO


“Dağıstanın “Lezginka” Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Rusiyanın və Azərbaycanın əməkdar artisti Mutay Xadullayev 81 yaşında vəfat edib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib.
"Mutay Xadullayev bu yaxınlarda koronavirusa yoluxmuşdu, 81 yaşında öldü”.
Qeyd edək ki, Mutay Xadullayev 1969 -cu ildən Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı "Lezginka" da çalışırdı. Son vaxtlara qədər ansamblın orkestrinə rəhbərlik edirdi. Dağıstanın əməkdar artisti, Dağıstanın xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, Azərbaycanın əməkdar artisti idi.

DİGƏR XƏBƏRLƏR

Top