İsraildə yaşı 12-dən yuxarı olanlara 3-cü doza vaksin vurulacaq


İsraildə 12 yaşından böyüklərə 3-cü doza vaksinin vurulması ilə bağlı qərar təsdiqlənib.
Yeniavaz.com
xarici mətbuata istinadla xəbər verir ki, bunu İsrail Səhiyyə Nazirliyinin pandemiya ilə mübarizə koordinatoru Neçman Aş açıqlayıb. O bildirib ki, 2-ci doza vaksini ən az 5 ay əvvəl vurduran və 12-dən çox yaşı olan hər kəs 3-cü doza ilə peyvəndlənəcək.
Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə 5 milyon 951 min nəfərə 1-ci doza, 5 milyon 468 min nəfərə 2-ci doza və 1 milyon 962 min nəfərə isə 3-cü doza vaksin vurulub. Pandemiya səbəbilə ümumilikdə 6 min 989 nəfərin dünyasını dəyişdiyi ölkədə aktiv koronavirus xəstəsi sayı 1 milyon 51 min 152-dir.

DİGƏR XƏBƏRLƏR

Top