TƏBİB-dən Ramin Bayramlının villa tikdirməsi xəbəri ilə bağlı AÇIQLAMA


"Son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir".

Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında deyilir.
"Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik.
Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik", - açıqlamada qeyd olunur.
Qeyd edək ki, mətbuatda TƏBİB sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsi ilə bağlı xəbər yayılıb.
Yenicag.az-ın yaydığı məlumatda deyilir ki, Ramin Bayramlı torpaq sahəsinin sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot torpaq alıb.

DİGƏR XƏBƏRLƏR

Top