Məktəb direktoru vəfat etdi - FOTO


Ucarın tanınmış təhsil işçisi, rayonun Alpout kənd 2 nömrəli tam orta məktəbinin direktoru Mətləb Əliyev vəfat edib.

Yeniavaz.com bu barədə Ucar rayon Təhsil Şöbəsinə istinadən xəbər verir.

Məlumata görə, o, dünən dünyasını dəyişib. Mətləb Əliyev uzun illər təhsil sahəsində çalışıb. O, orta təhsil sistemində bir sıra mütəxəssislərin yetişməsində mühüm rol oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top