Qazaxıstanda hərbi hissənin anbarında daha bir partlayış olub


Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında daha bir partlayışı qeydə alınıb.
Yeniavaz.com
"tasss"a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alan olmayıb.
Qeyd edək ki, avqustun 26-da ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top