Karantini pozan restoran icarədarı və toy sahibi cərimələndilər - FOTO


Zaqatalada karantini pozan restoran icarədarı və toy sahibi cərimələniblər.
Yeniavaz.com xəbər verir ki, yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.
Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

DİGƏR XƏBƏRLƏR

Top