“Taliban” Əfqanıstanda müğənnini evindən çıxararaq güllələyib


Mahnı və xalq musiqisi ifaçısı Fəvad Andarabi şənbə günü ölkədə hakimiyyəti ələ alan “Taliban” hərəkatının silahlıları tərəfindən öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times Now” telekanalı məlumat yayıb. Telekanalın verdiyi məlumata görə, musiqiçi Bağlandakı evindən çıxarılaraq güllələnib. Müğənninin oğlu bu məlumatı təsdiqləyib.
Andarabi, Talibanın rəqiblərinə mahnılarla dəstək verirdi. Bir çox “Taliban” lideri Andarabinin musiqisini "İslama zidd" hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top