Samuxda sürücünün ölümü ilə nəticələnən dəhşətli qəza - ANBAAN VİDEO


Samux rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri üzə çıxıb.
Yeniavaz.com 
xəbər verir ki, müşahidə kamerasının lentə aldığı görüntülərdən bəlli olur ki, 1964-cü il təvəllüdlü Xəlilov Natiq Litfin oğlu idarə etdiyi avtomobili yol kənarında saxlayır.
Bir neçə saniyə sonra "Mercedes" markalı avtomobil yüksək sürətlə adıçəkilən şəxsi vurur və bir neçə metr kənara atır.
Zərbənin təsirindən 57 yaşlı N.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişir.
Məlumat üçün bildirək ki, hadisə Samux rayonu Çoban Abdallı avtomobil yolunda baş verib.

DİGƏR XƏBƏRLƏR

Top